Ərdoğan dünəndən Suriyada öldürülən terrorçuların sayını açıqladı

Baxış sayı: 
42
1  
0  

Türkiyə ordusu ötən gün başlayan "Barış Pınarı" hərakatında 109 terrorçunu zərərsizləşdirib.
 
Qaynarinfo xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının bölgə rəhbərlərinin iclasında bu barədə məlumat verib.
 
R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə ordusu son 4 ildə ölkə sərhədində 7500, ölkədən kənarda isə 8500 olmaqla 16 min terrorçunu zərərsizləşdirib.
 
"Ötən gün başlayan "Barış Pınarı" hərəkatı Suriyanın gələcəyini daha yaxşı şəkildə qurmasına kömək edərək. Türkiyənin terror təşkilatına qarşı başladığı əməliyyyat barədə səsləndirilən tənqidləri qəbul etmirik. Sərhədlərimiz təhlükə altındadır. Ölkəmizdə evinə qayıtmağı gözləyən 3,6 milyon suriyalı var. İŞİD və PKK üzündən 12 milyon suriyalı yaşadığı yeri tərk etmək məcburiyyətində qalıb. Qonşu ölkənin 4 milyon vətəndaşına illərlə ev vermişik, 365 miqrant "Fırat Kalkanı" və "Zeytin Dalı" əməliyyatlarından sonra yaşadıqları yerlərə geri qayıda bildi. Bu günə qədər 40 milyard dollar xərcləyərək humanist mövqeyimizi bütün dünyaya nümayiş etdirmişik" , - deyə Türkiyə rəhbəri bildirib. O, İŞİD terror təşkilatı ilə mübarizədən də bəhs edib:
 
"Ötən dövrlərdə Fransa, Almaniya, Hollandiyadan gələn 5500 İŞİD üzvünü Suriyanı tərk etməyə məcbur etmişik. Biz Suriyada kürdlərlə yox, terrorçularla mübarizə aparırıq. Kobanidən ölkəmizə gələn 300 min kürd hələ də qonağımızdır. Ədalət və İnkişaf Partiyasının 291 nəfərlik parlament qrupunun 50 üzvü kürd əsillidir. Bizim üçün əsas insan olmaqdır. YPG/PKK Suriyada 1 milyon nəfəri evini tərk etməyə məcbur edib. "Barış Pınarı" hərəkatını reallaşdırmaqda məqsədimiz insanların yaşadıqları yerə qayıtmalarını təmin etmək, bölgədəki demoqrafik zənginliyi bərpa etməkdir. Öz ölkəsinə qayıtmaq istəyən, lakin evləri dağılanlar var. Bu problemi nəzərə alıb 1 milyon nəfərlik yaşayış məntəqəsi inşa edəcəyik. Suriyada sülhü təmin etmək üçün həyata keçirdiyimiz əməliyyata suriyalı qardaşlarımız da dəstək verir. Suriya xalqının başını üstündə 8 ildir dolaşan qara buludları dağıdacağıq".

Загрузка...
Загрузка...