Ərdoğan Binəli Yıldırıma yeni VƏZİFƏ VERƏCƏK

Baxış sayı: 
221
3  
0  

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bələdiyyə seçkilərində uduzan Binəli Yıldırıma yeni vəzifə verəcək.
publika.az  xəbər verir ki, Ərdoğan sabiq baş nazirə prezident köməkçisi səlahiyyətlərini etibar edəcək.
Bu barədə “Cümhuriyyət” qəzeti informasiya yayıb. Xəbərə görə, Ərdoğan 31 mart bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyası namizədlərinin, xüsusilə, İstanbul və Ankarada üstünlüyü əldən verməsi ilə bağlı partiydaxili araşdırma başladıb. Araşdırma nəticələndikdən sonra partiyanın idarəetməsində bir sıra islahatlar aparılacaq.
Binəli Yıldırımın Türkiyə Böyük Millət Məclisinə yenidən sədrlik etmək məsələsi çətin olduğundan, ona prezident aparatında yeni səlahiyyətlər verilməsi gündəmdədir.
Qeyd edək ki, Binəli Yıldırım İstanbul bələdiyyəsinə sədrlik etmək üçün namizədliyini irəli sürmüşdü. Lakin o, mübarizədə kiçik fərqlə Əkrəm İmamoğluna uduzmuşdu.

Загрузка...
Загрузка...