Ərdoğan Ayasofyada ilk namazın vaxtını açıqladı

Baxış sayı: 
93
1  
0  

 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məhkəmənin Ayasofya muzeyinin məscidə çevrilməsi haqda qərarını təsdiqlədikdən sonra xalqa müraciət edib.
 
Teleqraf.com xəbər verir ki, Ərdoğan Ayasofyanın ibadətə açılacağı tarixi açıqlayıb.
 
“Bu qərarın millətimizə, ümmətə və bütün bəşəriyyətə xeyrili olmasını diləyirəm, Ayasofya məscidinə ödənişli giriş ləğv edilir. Bütün məscidlərimiz kimi Ayasofyanın da qapıları hər kəsə açıq olacaq. Bütün hazırlıqları tamamlayıb Ayasofyanı iyulun 24-də Cümə namazı ilə birlikdə ibadətə açmağı planlaşdırırıq”, - deyə qeyd edib.
 
Türkiyə prezidenti muzeyin məscidə çevrilməsi istiqamətində müzakirələrə belə son qoyub:
 
“Memar Sinan Ayasofyada ən çox əməyi olan insanlardandır. Türk millətinin Ayasofya üzərindəki haqqı 1500 il əvvəl bu əsəri inşa edənlərdən az deyil. Əksinə millətimizin bəşər tarixinin ən mühüm mirası arasında göstərilən Ayasofyadakı haqqı daha çoxdur”.
 

Загрузка...
Загрузка...