Ərdoğan 65 il sonra belə qarşılandı – Video/Yeni

 
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstana səfərindən əvvəl səsləndirdiyi fikirlər Afina tərəfindən narazılıqla qarşılanıb.
 
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ərdoğan 1923-cü ildə bağlanan Lozanna anlaşmasının genişləndirilməsi ilə bağlı fikirlər söyləyib.
 
Yunanıstan hökumətinin sözçüsü Dmitris Çanakopulos Ərdoğanın bu sözlərinə münasibət bildirib:
 
“Türkiyə prezidentinin bu sözləri bizi ciddi narahat edir. Yunan hökuməti bu səfəri divar deyil, körpülər inşa etmək üçün fürsət kimi dəyərləndirir”.
 
Qeyd edək ki, Ərdoğan 65 ildən sonra Afinaya gələn ilk Türkiyə prezidentidir.
 
***
 
13:13
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Əsənboğa aeroportundan Afina istiqamətində yola düşüb.
 
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, səfər çərçivəsində yunanıstanlı həmkarı və baş nazir ilə görüşəcək.
 
***
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Afina beynəlxalq aeroportuna eniş edib.
 
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, onu aeroportda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Yunanıstanın XİN rəhbəri Nikos Kotzias, Türkiyənin Afinadakı səfiri Xalid Çevik və digərləri qarşılayıb.
 
Afina səfəri zamanı Ərdoğanı həyat yoldaşı Əminə, Qərargah rəisi Hulusi Akar, Baş nazirin müavini Havan Çavuşoğlu, Ədliyyə naziri Əbdülhəmid Gül, Avropa Birliyi naziri Nihat Zeybəkçi, Enerji və Təbii Sərvətlər naziri Bərat Albayraq və Daxili İşlər naziri Süleyman Soylu müşayiət edəcək.
 
 
Müəllif: Samir

Загрузка...
Загрузка...