Ərəblər Rusiyanın bu məhsullarına qadağa qoydu

Baxış sayı: 
239
0  
0  

 
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiyadan quş əti və yumurta idxalına qadağa qoyub.
 
Teleqraf.com rus mətbuatına istinadən xəbər verir ki, Kostroma vilayətində yaranan quş qripi təhlükəsi bu qərara səbəb olub.
 
BƏƏ-nin İqlim Dəyişikliyi və Ətraf Mühit nazirliyi quş qripinin bir qədər əvvəl müşahidə edildiyi Həştərxan vilayətindən və Kalmıkiya bölgəsindən də ölkəyə ət gətirilməsini qadağan edib.
 
Rusiyanın Kənd Təsərrüfatı Məhsullarına Nəzarət idarəsinin mətbuat katibi Yuliya Melano isə bildirib ki, bu barədə BƏƏ-dən xəbərdarlıq almayıblar.
 
"Söhbət 2017-ci ildə qeydə alınmış quş qripi epidemiyalarından gedə bilər, amma onun da qarşısı alınıb. Ərəb tərəfi yeni epidemiya barədə rəsmən müraciət edərsə qarşı tərəflər danışıqlara başlanılacaq", - mətbuat katibi deyib.
 
Müəllif: Teleqraf.com

Загрузка...
Загрузка...