Rayon rəhbəri sevgilisini niyə öldürüb? - FOTO, VİDEO

Baxış sayı: 
30
1  
0  

Moskvanın Ramenski rayon rəhbəri Andrey Kulakov tərəfindən boğularaq öldürülən rayonun İctimai Palatasının sədr müavini, 39 yaşlı Yevgeniya İsayenkovanın qətlinin təfərrüatları bəlli olub.
 
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, sosial şəbəkələrdə ağ “Mercedes”ində cəsədinin fotoları yayılan qadın 1-2 may tarixlərində yoxa çıxıb. Daha sonra isə o, meşə yolunda avtomobilində ölü halda tapılıb. Araşdırmalar zamanı avtomobildə Yevgeniyanın qeyri-rəsmi münasibətdə olduğu Kulakova aid DNT izlərinə rast gəlinib. Şübhəli şəxs qismində saxlanılan rayon rəhbəri qətldə əli olmadığını iddia etsə də, bəzi təfərrüatlar üzə çıxıb.
 
Belə ki, Yevgeniyanın nisbətən gənc oğlanla eşq yaşamağa başladığı, bunun isə Kulakovla münasibətinin pozulmasına səbəb olduğu iddia edilir. Mayın 2-də evdən çıxarkən yaxınlarına “yaxşı bir insana kömək etməyə” getdiyini deyən qadın mayın 4-də meşə yolunda avtomobilində öldürülmüş halda tapılıb.
 
Y.İsayenkovanın qonşusu istintaqa ifadəsində qadın evdən çıxarkən başqa maşının onu təqib etdiyini deyib. Müşahidə kameraları yoxlanılsa da, daha sonra qonşunun dediklərini təsdiq edən görüntülər müəmmalı şəkildə yoxa çıxıb.
 
Sözügedən cinayət hadisəsindən sonra Andrey Kulakov dərhal postundan göndərilib.

Загрузка...
Загрузка...