Rauf Əhmədov: “Kişilər həmişə özünə yaraşanı axtarır” - MÜSAHİBƏ

Baxış sayı: 
227
0  
0  

“- 40 dərəcə”, “Limonlu çay” mahnılarıyla populyarlıq qazanan müğənni Rauf Əhmədov Publika.az-ın “Üç nöqtə” layihəsinin yarımçıq qalan bəndlərini tamamlayıb.
İfaçının cavablarını təqdim edirik.
- İndiki ağlım olsaydı...
- Yenə də azdır.
- Zəmanət verə bilərəm ki...
- Heç nəyə zəmanət vermək olmaz.
- Dünyanı dəyişmək imkanım olsaydı...
- Bu barədə düşünməmişəm, çünkin qeyri-real hadisədir.
- Kişilər o qadınlara xəyanət etmir ki...
- Xəbəri olmayan qadına xəyanət etmir (gülür).
- Seviləsi qadın olmağın ilkin şərti...
- Zövqə görə dəyişir, kişilər həmişə özünə yaraşanı axtarır.
- Qadınlar yaşını ona görə gizlədir ki...
- Bu sualın cavabını qadınlar daha yaxşı bilər. İstənilən halda qadınlar hər yaşda özəl və gözəl ola bilir.
- Qadına qarşı şiddət...
- Təbii ki, qəbulolunmazdır.
- Vicdanıma and olsun ki...
- Vicdanım var.
- Təəssüf edirəm ki...
- Ömür qısadır.
- Tənhalıq insan üçün lənətdir, yoxsa...
- İnsana görə dəyişir, özünü dərk etmə də ola bilər.
- Kiminsə yalan danışdığını hiss edəndə...
- Özümdə səhv axtarıram.
- Dostlarıma ən çox onu məsləhət görürəm ki...
- Dünyanı gəzib görməlisən, insana qalan odur. Həmçinin övlad sahibi olmalısan.
- İlahi ədalətə inancımı o zaman itirdim ki…
- İtirməmişəm.
- Hər dəfə çıxılmaz vəziyyətə düşəndə...
- Uzun məsələdir, təkcə onu deyə bilərəm ki, hər insanın başına gələ bilər.
- Yaxşı gündə, pis gündə...
- Allah hər zaman bizimlə olsun.
- Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik.
- Təşəkkür edirəm.
Aytən

Загрузка...
Загрузка...