Rasim Balayev Rusiyanın Müslüm Maqomayev haqqında çəkdiyi MÖHTƏŞƏM LAYİHƏDƏ - FOTO

Baxış sayı: 
81
2  
0  

Xəbər verdiyimiz kimi, dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayev haqqında “Maqomayev” adlı səkkiz seriyalı bədii film çəkilib.
publika.az xəbər verir ki, Rusiyanın Birinci kanalı və "Mediaslovo" studiyasının istehsalı ilə ərsəyə gələn filmdə Müslüm Maqomayev obrazını 30 yaşlı aktyor Miloş Bikoviç canlandırıb. Həmçinin ekran işində azərbaycanlı aktyorlar da iştirak edib. Onlar arasında Xalq artisti Rasim Balayev, Əməkdar artistlər Elman Rəfiyev, Salman Bayramov, həmçinin məşhur aparıcı Tural Əsədov, Faiq Mirzəyev də var.
Layihənin dünənki bölümündə Rasim Balayevin oynadığı səhnələr nümayiş olunub. Rasim Balayev filmdə Müslüm Maqomayevin onu himayə edən əmisi rolunu oynayıb.
Məlumat üçün bildirək ki, Rusiyada böyük reytinqlər qazanan layihənin rejissorları Dmitri Tyurin və Roman Prıqunovdur. Ssenari müəllifləri - Daria Vorotyntseva və Nina Şulikanın olduğu serialın bir hissəsi Bakıda baş tutub. Əsas rollarda Svetlana Ustinova, Aleksandr Sokolovski, Aleksander Nesterov, Artem Volobuyev, Alyona İvçenko və başqaları çəkilib.
Qeyd edək ki, Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayev 1942-ci ildə Bakıda anadan olub. 14 yaşında Bakıda dənizçilər klubunda çıxış edən M.Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Finlandiyanın paytaxtı Helsinki şəhərində keçirilən VIII Ümumdünya festivalına yollanan müğənni oradan medalla qayıdıb. Bu münasibətlə populyar “Oqonyok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fəth edir” sərlövhəli məqaləni dərc edib.
M.Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, Milanın dünya şöhrətli “La Skala” teatrında təcrübə keçib.
O, 31 yaşında SSRİ xalq artisti fəxri adına layiq görülüb. Dünya şöhrətli müğənninin repertuarında 600-dək əsər var.
M.Maqomayev 2008-ci ildə 66 yaşında Rusiya paytaxtı Moskvada vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.

Загрузка...
Загрузка...