Ramiz Məlik onu hədələyən Xalq artistinin OĞLUNA CAVAB VERDİ

Xalq artisti Ramiz Məlik sosial şəbəkədə ünvanına təhqiramiz sözlər yazaraq onu təhdid edən həmkarı Ramiz Novruzun oğlu Cavidan Novruza cavab verib.
Publika.az xəbər verir ki, Ramiz Məlik ona “Atamı 3 illik tutduracaqmış... Mənim caynağımdan qurtula biləcəkdin? Səni yox edərdim!” deyən Cavidan Novruzla intriqaya girmək istəmədiyini deyib:
“Bu sözləri Ramiz Novruzun oğlu deyib, niyə belə yazdığını ondan soruşmaq lazımdır. Ümumiyyətlə, bu barədə heç nə danışmaq istəmirəm”.
Məlumat üçün bildirək ki, Cavidan Novruzu Ramiz Məlikin "Ramiz Novruzu 3 illik həbs etdirərdim, amma mən onu bağışladım” deməsi hiddətləndirib. Atasını müdafiə edən C.Novruz R.Məliklə bağlı fikirlərini sosial şəbəkədə paylaşıb.
O, instaqramda bunları yazıb: "Sən kimsən Ramiz Novruzu bağışlayasan? Hələ bir 3 illik həbs etdirəsən... Sən Ramiz Novruzu 3 illik tutdursaydın, onun oğulları səni yaşatmazdı. Ramiz Novruz səndən fərqli olaraq, nəvə-nəticə yiyəsidir, şərəflə hörmətini qoruyur. Bir ayağınız gorda ola-ola oturub yaşınıza uyğun olmayan şərhlər yazırsınız. Müdrik olmağı bacarmadınız. O teatrda sənin kimi bir-iki nəfər var ki, heç vaxt Ramiz Novruz, Fəxrəddin Manafov, Fuad Poladov, Rasim Balayev ola bilməyəcəksiniz. İşiniz teatrda insanların torbasını tikməkdir. Atamı 3 illik tutduracaqmış... Onun sonrasını düşün sən. Mənim caynağımdan qurtula biləcəkdin? Səni yox edərdim”.
Xatırladaq ki, hazırda Xalq artisti Məleykə Əsədova ilə məhkəməlik olan Ramiz Məlik 2015-ci ildə Xalq artisti Ramiz Novruzla dava etmiş və həmkarı barəsində polisə şikayət ərizəsi yazmışdı.

Загрузка...
Загрузка...