​Ramil Usubovdan – TƏYİNAT

Baxış sayı: 
85
1  
0  

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.
 
Oxu.Az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə görə, polis polkovniki Elfan Əliyev DİN-in Maliyyə-plan İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.
 
O, bundan əvvəl idarədə şöbə rəisi vəzifəsində çalışıb.
 
Qeyd edək ki, bir müddət əvvəl Ramil Usubovun əmrinə əsasən, DİN-in Maliyyə-plan İdarəsinin rəisi, polis polkovniki Səxavəddin Abdullayev təqaüdə göndərilib və onun yerinə polis polkovnik-leytenantı Ramil Baloğlanov təyinat alıb.

Загрузка...
Загрузка...