Ramil Səfərovla Qurgen Markaryan arasındakı danışığın diktafon yazısı var?

Baxış sayı: 
123
4  
0  

 
Vəkil Adil İsmayılov azərbaycanlı zabitlə bağlı ən çox verilən sualı cavabladı
 
 
Vəkil Adil İsmayılov zamanında vəkilliyini etdiyi zabit Ramil Səfərovla bağlı yazıb. Musavat.com xəbər verir ki, A.İsmayılov Avropa Məhkəməsinin məlum qərarından sonra ona bu qərarla bağlı xeyli suallar ünvanlandığını bildirib: “Bu işlə bağlı bildiklərim və söylənilməsini mümkün hesab etdiyim məqamlar barəsində keçən il bu vaxtlarda Facebook səhifəmdə ətraflı yazmışdım. Hazırda qərarın Azərbaycan dilinə tərcümə edilməsini gözləyirəm, diqqətlə tanış olandan sonra ehtiyac olsa, bu barədə yazacam. Ümidvaram ki, yaxın 3 ayda Azərbaycan tərəfi də qərara rəsmi münasibət bildirəcək. Bununla da məsələnin hüquqi müstəvidə müzakirəsi tamamlanacaq”.
 
A.İsmayılov bildirib ki, son günlər ona Ramil Səfərovun öldürülən erməni zabitlə guya hadisədən əvvəl danışması və bunu diktafona yazması barədə suallar ünvanlanıb. Belə bir diktafon yazısının olub-olmaması ən çox maraq doğuran mövzulardan olub. A.İsmaylov bilidirib ki, şəxsən onda R.Səfərovun Markaryanla söhbətinin diktofon yazısı heç vaxt olmayıb, belə bir yazının mövcudluğu barədə ilk dəfə bu günlərdə eşidib: “Kimlərdəsə belə bir diktofon yazısının olub-olmadığını da deyə bilmərəm. Həmışə olduğu kimi, bu fikirdəyəm ki, Macarıstan məhkəməsinin verdiyi cəza törədilmiş əmələ və Ramil Səfərovun şəxsiyyətini xarakterizə edən hallara uyğun olmamaqla sərt olub, qalanı təfərrüatdır”.
 
Musavat.com

Загрузка...
Загрузка...