“Rahat” marketdən döyülən oğru ilə bağlı reaksiya: “Döyülməyib, yıxılıb” – VİDEO

Baxış sayı: 
418
0  
0  

 
“Rahat” marketlər şəbəkəsi mağazadan oğurluq edən şəxsin döyülməsi ilə bağlı bəzi saytlarda yayılan məlumatlara münasibət bildirib.
 
Marketlər şəbəkəsindən musavat.com-a bildirilib ki, oğurluq edən şəxsin döyülməsi ilə bağlı yazılanlar doğru deyil: “Həmin şəxs mağazadan 19 ədəd “Alpen Gold” şokoladı götürüb. O, şokoladları gizlədərək çıxmaq istəyərkən əməkdaşlarımız onu mağazaya dəvətə edib. Lakin naməlum şəxs qaçmağa başlayıb. Hadisə axşam, hava qaralandan sonra baş verib. Qaçan şəxs qaranlıqda yıxılıb. Yıxılanda onun qaşının üstü əzilib. Yəni, həmin şəxsin market əməkdaşları tərəfindən döyülməsi qeyri-mümkündür. Çünki “Rahat”da mühafizəçilərin kimisə döyməsi, vurması qəti qadağan olunub”.
 
Marketlər şəbəkəsindən bildirilib ki, həmin şəxs Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarına təhvil edilib: “Bunu sübüt edən görüntülər də var”.
 
 
 
Qeyd edəki, həmin yazı Musavat.com-un reportyoruna məxsusdur. O, özü hadisənin şahidi olub və qovğanın bir hissəsini lentə ala bilib.

Загрузка...
Загрузка...