Rafael Dadaşovla vida mərasimi keçiriləcəkmi? - AÇIQLAMA

Baxış sayı: 
104
3  
0  

 Xəbər verdiyimiz kimi, Xalq artisti Rafael Dadaşov bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.
publika.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov aktyorla vida mərasiminin keçirilməyəcəyini deyib.
“Bildiyiniz kimi, Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə dünyada yayılmış koronavirus təhlükəsi ilə əlaqədar ölkədə xüsusi rejim tətbiq olunub və əhaliyə mümkün qədər ehtiyatlı davranmaq tövsiyə olunub. Odur ki, vida mərasiminin baş tutması inandırıcı deyil”, - deyə o, sözlərinə əlavə edib.
   
 

Загрузка...
Загрузка...