“Radikal İslam cəmiyyət üçün təhlükədir”– Sərdar Cəlaloğlu

Baxış sayı: 
156
0  
0  

 
1996-cı ildən 2006-cı ilədək minlərlə icazəli və icazəsiz aksiya keçirmişik, bu mitinqlər zamanı bir polisin belə burnu qanamayıb. Polisə əl qaldırmaq, zorakılıq eləmək, şəhərdə ictimai-asayişi kobud şəkildə pozmaq qətiyyən müdafiə edilə bilməz.
 
Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Gəncədə iki polis zabitinin ölümü ilə nəticələnən hadisələr barədə danışarkən deyib.
 
Onun sözlərinə görə, rəhbərlik etdiyi partiya Gəncədəki radikalların pozucu hərəkətinə dəstək vermir: “Hesab edirik ki, təşkil olunmuş narazılıq hökumətin də, cəmiyyətin də xeyrinədir. Bu mənada aksiyaların keçirilməsi üçün radikal qüvvələr yox, müxalifətə imkan verilməlidir”.
 
Partiya sədri vurğulayıb ki, dünyada uzun zamandır İslamdan siyasi məqsədlə istifadə edirlər: “Bu baxımdan Azərbaycanda da radikal İslam cəmiyyət üçün real təhlükədir”.

Загрузка...
Загрузка...