​Ər arvadına dəhşətli işgəncə verdi - Abşeronda olay

Baxış sayı: 
85
2  
0  

 
Abşeron rayonunda kişi arvadına dəhşətli işgəncə verib.
 
Teleqraf.com-un xəbərinə görə, Abşeron rayonu, Fatmayi kəndində Fuad Əkbərov arvadı Tamam Əkbərovanı döyüb, ona əzab verib.
 
Qadın əri tərəfindən işgəncələrə məruz qalması ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.
 
İstintaq orqanı tərəfindən Fuad Əkbərovun barəsində Cinayət Məcəlləsinin 133.1-ci (Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddəsi ilə ittiham elan edilib.
 
Fuad Əkbərovun barəsində olan cinayət işi baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.
 
İş araşdırılması üçünm hakim Vaqif Həsənovun icraatına verilib.
 
Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...