Qəzaya uğramış təyyarəmiz parça-parça olub

Baxış sayı: 
21
1  
0  

 
Qəzaya uğrayan təyyarənin axtarışı üçün daha münasib hava şəraiti formalaşıb. Dalğıclar suyun altında artıq sərbəst şəkildə işləyə bilirlər.
 
Bu sözləri Lent.az -a Xəzər dənizində qəzaya uğrayan təyyarənin pilotu Rəşad Atakişiyevin qayınatası, tanınmış politoloq Qabil Hüseynli deyib.
 
O bildirib ki, suyun altında görmə məsafəsi nisbətən yaxşılaşıb: “Təyyarənin parça-parça olduğunu, parçalarının tədricən 1 kilometr radiusda səpələndiyini nəzərə alsaq, dalğıcların işi xeyli çətindir. Üstəlik, təyyarənin dağılmış hisslərinin üzərini qum və lil təbəqəsi örtüb. Dalğıclar qalıqların üzərini əlləri ilə təmizləyərək çıxarırlar.
 
 
 
Mənim bildiyimə görə, axtarışlar iki əsas istiqamətdə aparılır. Pilotun axtarışı, ən azından pilotun oturduğu kreslonun axtarışı diqqət mərkəzindədir. Çünki pilot kresloya möhkəm bağlanır. Bir də təyyarənin “qara qutu”sunun tapılması diqqətdədir”.
 
Q.Hüseynli bu istiqamətlərdə hələ ki elə bir uğur əldə edilmədiyini deyib: “Nə pilotun kreslosunun, nə özünün, nə də “qara qutu”nun tapılması ilə bağlı hər hansı bir ipucları əldə edilməyib. Axtarışlar sürətlə davam etdirilir”.
 
Politoloq qeyd edib ki, axtarış işləri çox səmərəli, effektiv qurulub.
 
“Yəqin ki, yaxın zamanda müəyyən bir qənaətə gələ biləcəklər” - deyə, Q.Hüseynli əlavə edib.

Загрузка...
Загрузка...