​Qusman Bakıdan danışdı: Azərbaycanlılar rus qızları ilə...

Baxış sayı: 
83
2  
0  

İndi “multikulturalizm” adlı yeni anlayış dəbdədir. Mürəkkəb anlayışdır, Avropada o qədər də kök salmayıb. Lakin hesab edirəm ki, multikulturalizmin tarixən Azərbaycan üçün həyat tərzi olduğunu söyləyən Prezident İlham Əliyev tamamilə haqlıdır.
 
Axar.az xəbər verir ki, bu sözləri TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman “Rossiyskaya qazeta”da dərc edilən “Mixail Qusmanın həyat formulu” adlı müsahibəsində deyib.
 
Qusman bildirib ki, əvvəllər indi o qədər də dəbdə olmayan “xalqlar dostluğu” söz birləşməsi, yaxud “beynəlmiləlçilik” siyasi termini ilə ifadə edirdilər:
 
“Mən Sovet İttifaqı adlanan Yer kürəsinin bütün altıda bir hissəsi barədə mülahizə yürüdə bilmərəm, hansı müttəfiq respublikada nələr olduğunu da bilmirəm, lakin məsuliyyətlə və əlimi İncilə, Qurana və ya Tövrata qoyaraq deyə bilərəm ki, çoxmillətli Bakı həqiqətən də bir ailə kimi yaşayırdı. Kiçik bir misal gətirmək istəyirəm. Bir dəfə ÜLKGİ-in Mərkəzi Komitəsi Azərbaycanın komsomol təşkilatında gənclərin beynəlmiləlçilik tərbiyəsi ilə bağlı işin vəziyyətini yoxlayırdı. Birdən maraqlı bir detal aydın oldu. Bu detal əvvəllər heç bir komsomol təşkilatının hesabat sənədlərinə daxil edilmirdi: Bakıda gənclər arasında millətlərarası nikahın sayı SSRİ-dəki orta göstəricilərdən dəfələrlə çox idi. Yəni, azərbaycanlı oğlanlar rus qızları ilə, rus oğlanlar erməni qızları ilə, erməni oğlanlar yəhudi qızları ilə evlənirdilər. Bu, tarixi həqiqətdir”.

Загрузка...
Загрузка...