Qurban Qurbanov: Futbolçularımın Kosovo ilə oyuna münasibətini görürəm

Baxış sayı: 
77
1  
0  

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində bu gün Kosovo yığması ilə qarşılaşacaq Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov görüşlə bağlı fikirlərini çatdırıb.

Turaninfo.org Oxu.Az-istinadən xəbər verir ki, Qurbanov hər iki komanda üçün vacib oyun olduğunu bildirib:

“Son oyunumuza çıxırıq. Hər iki komanda üçün vacib oyundur. İlk gündən Kosovo millisinə böyük qiymət vermişdim. Rəqibimizin futbolçularının fərdi ustalıq səviyyəsi yüksəkdir. Belə rəqibə qarşı oynamaq çox xoşdur. Oyuna hazırıq. İnanıram ki, komanda olaraq ən yaxşı oyunlarımızdan birini keçirəcəyik.

 

Doğma meydanda oynamaq, azarkeş amili və hazırkı xal durumu Kosovo yığması üçün üstünlük sayıla bilər. Amma futbolçularımızın da oyuna münasibətini görürəm, qələbə qazanmaq üçün hər şey etməyə hazır olduqlarını bilirəm. Hansı komandanın favorit olması barədə hər hansı fikir bildirmək istəmirəm”.

Komandanın kapitanı Maksim Medvedev isə bunları bildirib: 

“Rəqibimiz yaxşı komandadır. Həlledici oyun olacaq. Kosovo yığması bizdən iki xal öndədir. Amma bizim üstünlüyümüz komanda şəklində birliyimizdir. Meydana qələbə qazanmaq üçün çıxacağıq”.

Qeyd edək ki, bu görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Görüş Kosovonun paytaxtı Priştinanın Fadil Vokri adına stadionunda baş tutacaq.

Загрузка...
Загрузка...