​Quranı yandıran, müsəlmanları öldürməyə çağıran siyasətçidən növbəti təxribat - FOTO/VİDEO

Baxış sayı: 
59
1  
0  

Qurani-Kərimi yandıran, irqçilikdə ittiham olunan və müsəlmanlar haqqında soyqırım təhdidləri ilə çıxış edən, bütün müsəlmanları ölkədən deportasiya etməyə çağıran danimarkalı siyasətçi, Stram Kurs (“güzəştsiz duruş” anlamına gəlir –red.) partiyasının lideri Rasmus Palu növbəti təxribata imza atıb.
 
Publika.az xarici mediaya istinadən xəbər verir ki, nillət vəkili və partiya lideri polislə müsəlmanların yaşadığı bir məhəlləyə gələn Palu video çəkiliş edərək insanları təhrik edib.
 
İnsanların sərt reaksiyası ilə qarşılaşan siyasətçini polis müdafiə etməyə məcbur olub.
 
Xatırladaq ki, mart ayında Danimarka Parlamentinin qarşısında cümə namazını əngəlləmək istəyən ifrat sağçı lider Qurani-Kərimi yandıraraq görüntüləri qeydə almışdı.
 
Millət vəkili 2018-ci ilin dekabr ayında isə bir videoda “düşmənimiz islam və müsəlmanlardır. Dünyada tək bir müsəlmanın belə qalmaması ən yaxşı şey olardı. Beləliklə, yekun məqsədimizə çatmış olardıq” söyləmişdi.
 
Bu ilin aprel ayında isə afrikalıların daha az ağıllı olduğunu iddia etməsi səbəbiylə Danimarka məhkəməsi tərəfindən irqçilikdə ittiham olunmuşdu.
 
Özlərini etnik danimarkalılar adlandıraraq “saf irq” olduqlarını vurğulayan siyasətçinin mövqeyi nasist ritorikasını xatırladır.

Загрузка...
Загрузка...