Quran kitabını cıran azərbaycanlı şair: “Mən özüm doqquz il namaz qılmışam”

Baxış sayı: 
103

 
Gənc şair Eminquey Akif “Quran” kitabını cırması ilə məsələyə aydınlıq gətirib.
Xəbər verdiyimiz kimi, gənc şair Emin Akif bir neçə gün öncə özünün facebook hesabında İslam dinində müqəddəs hesab edilən Quran kitabını cırdığını yazmışdı:
“Evimizdəki “Quran”ın bir səhifəsini cırmışam, oturub gün sayıram ki, meymuna çevriləcəm, ya da ev başıma uçacaq… Qorxuram”.
Bu şəkildə kimlərisə aşağılayıb, təhqir edərək gündəmə gələn şairlər karvanına qatılan gənc şair, sonradan əməlinə haqq qazandırmağa çalışıb. Minval.İnfo xəbər verir ki, o, sosial media hesabında dini xurafata çevirənləri lağa qoyduğunu deyib:
“Quran” da o biri kitablar kimi, adi mətbəədən çıxır, eyni materialdan hazırlanır. İllərlə “Quran” kitabını evinin gündəyməz yerində saxlayan adamlar indi ortaya çıxıblar ki, “Quran”ı cırmaq olmaz.
“Quran”ı da bütün kitablar kimi dəstəmazsız, qüsulsuz, çox rahat şəkildə oxumaq olar. Hətta yadınızda qalsın deyə hansısa vərəqini qatlaya da, qeydlər apara da bilərsiniz. Nəinki onu evin bir küncünə qoyub müqəddəs deyə ondan uzaq düşmək.
Mən statusda “Quran”ı səhvən və ya qəsdən cırdığımı qeyd etməmişəm. Bununla belə, heç kim soruşmadan  birmənalı fikir yürüdür. Necə ola bilər ki, “Quran”ın səhifəsini cıran adam onun içindəki ayələrdən birini də oxumasın. Ümumiyyətlə, mən evimizdə olan ərəbcədən və dörd növ tərcümədən ibarət “Quran” kitabının heç bir vərəqini belə cırmamışam. Demək istədiyim odur ki, kitabdan qorxmaq lazım deyil.
Mən özüm doqquz il namaz qılmışam. Atam da namaz qılan olub, anam da namaz qılır. Heç biri inanclı insanı təhqir etməyi düşünmürəm. Çünki özüm də inanclı adamam. Yalnız dini xurafata çevirənlərlə məzələnə bilərəm. Necə ki, bizdən qabaqkı yazıçılar da kifayət qədər tənqid ediblər.
İnsanın içində qorxu yoxdursa, apar tulla. Amma bu qorxu bəndələrdən deyil. Allah “Quran”da buyurur: Heç kimin önündə əyilmə, həmişə özünü dik tut. Yəni onlar da sənin kimi insandırlar. Onları da Allah yaradıb. İnsanlardan niyə qorxmalıyam ki?”

Загрузка...
Загрузка...