Qulinin qətli üçün 1 milyon dollar mükafat - “Qurdlar vadisi-Qətər…”

Baxış sayı: 
46
2  
0  

 
Azərbaycanlı “qanuni oğru” Nadir Səlifovla(Lotu Quli) Rusiya kriminalının “xaç atası” sayılan Zaxari Kalaşov  (Şakro Molodoy) və statusu sual altında olan gürcü Badri Koquaşvili arasında konflikt artıq açıq savaşa çevrilib.  
 
Yada salaq ki, konfliktə səbəb "qanuni oğru" nəslindən olan Quram Çixadzenin şillənməsidir.Quli ilə yaxınlaşan Quramın Türkiyədə qətlə yetirilən Rövşən Canıyevin (Lənkəranski) adamları ilə yaxınlığının üzə çıxdıqdan sonra  onu şillələdib. Bu işi isə “Vəhşi Arman” ləqəbi ilə tanınan qazaxıstanlı Arman Cumagəldiyev edib.
 
Döyülmə insidentdən sonra “Şakro Molodoy” və Badri Koquaşvili  Quramın müdafiəsinə qalxıblar. Şakro deyib ki, Qurama vurulan zərbəni özünə vurulmuş hesab edir. Badri isə hətta “sxodka” keçirməyə cəhd edib. Badri Koquaşvili Nadir Səlifovun “oğru” statusundan məhrum edilməli olduğunu bildirib və hərəkətə keçib. Badri Koquaşvilinin dəstək üçün müraciət etdiyi “qanuni oğru”lar ona konflikti dərinləşdirməməyi tövsiyə ediblər. Onlar Quram Çixladzenin vurulmasının heç də “bespredel” olmadığını deyiblər.
 
Amma  Quliyə qarşı “oğru”ların dəstəyini qazana bilməyib. Əksinə, özünün “qanuni oğru” titulu şübhə altına alınıb.
 
İddiaya görə, Quli də Qurana and içib ki, onun məsələsi üçün “sxodka”ya cəhd edən Badrini cəzalandıracaq. Bildirilir ki, Quli onunla istənilən yerdə görüşməyə hazır olduğunu desə də, Badri gah bir ölkədə, gah başqa bir ölkədə peyda olur, konfliktə daha çox kriminalın müdaxiləsini istəyir. 
 
images.jpg (7 KB)
 
Primecrime.ru saytı iddia edir ki, Quli təhdidlər səbəbindən  Türkiyədən Qətərə köçüb. Bu isə  rəqiblərinin onu aradan götürmək planlarına görədir. Bu arada məlumat yayılıb ki, Qulinin Qətərə köçdüyünü eşidən Badri gizli şəkildə İstanbula gəlib. Onun İstanbulda türk mafiyasının ən tanınmış simalarından olan Sedat Pekerlə görüşdüyü bildirilir. Koquaşvilinin İstanbul səfəri Nadir Səlifovla problemləri yoluna qoymaq məqsədi daşıyıb.  Lakin bu məsələdə Sedat Pekerin dəstəyini ala bilməyib. İstanbulda olması xəbəri Quliyə  çatdığını eşidən kimi isə Badri tələsik Türkiyəni tərk edib. Onun Çexiyaya getdiyi bildirilir.  Qeyd edək ki, Quli Türkiyənin həbsdən çıxandan sonra Sedat Peker onu şəxsən ziyarətə gəlmişdi.
 
Qulini bu konfliktdə  kriminal dünyanın “generalları”- Tariel Oniani(Taro) klanına daxil olan Merab Canqveladze (Merab Suxumski) və onun ətrafı azərbaycanlı “qanuni oğru”nu dəstəkləyir.
 
İddia olunur ki, konfliktin bu həddə gərginləşməsində Şakronun maraqları var.  O, Qulinin getdikcə artan nüfuzundan narahat olmağa başlayıb və bir nömrəli “qanuni oğru” olmaq şanslarını itirə biləcəyini düşünüb.
 
İddia olunur ki, Qulini bitirmək üçün iki plan var.  Bunlardan biri onu fiziki cəhətdən məhv etməkdir. Bununla bağlı 1 milyon dollar mükafat ayrılıb. Digər plan isə onun həbsinə nail olmaqdır. Bu plana görə beynəlxalq axtarışda olan Nadir Səlifov Yunanıstana “sxodka”ya çağırılır və orada polis əməliyyatı nəticəsində həbs edilir. Hələ ki, bu planlar alınmır.
 
ORXAN,
MUSAVAT.COM

Загрузка...
Загрузка...