“Qüds sadəcə Fələstinin problemi deyil”

Qurban Cəbrayıl: “Bütün islam dövlətləri baş verənlərə etirazını bildirməlidir”
“Bu addımına görə cənab Ərdoğana təşəkkür düşür”
 
 
ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması müsəlman dünyasında ciddi təpgilərə səbəb olmaqdadır. Baş verənlərin qəbuledilməz olduğunu bildirən Türkiyə prezidenti Ərdoğanın səyi ilə İslam Əməkdaşığı Təşkilatının fövqəladə toplantısı çağırılıb ki, bu da məlum məsələ ilə bağlı etirazların genişlənəcəyini, sistemli xarakter alacağını düşünməyə əsas verir.
Maraqlıdır, Ərdoğanın Qüdslə bağlı atdığı məlum addıma islam dövlətləri dəstək verməlidirmi? Qüdsə sadəcə Fəlsətinin problemi kimi yanaşmaq nə dərəcədə doğru olar?
Moderator.az-a açıqlama verən “Qələm” Yazarlar Birliyinin rəhbəri Qurban Cəbrayıl islam aləminin bu məsələdə həmrəylik sərgiləməsinin zəruri olduğunu vurğuladı:
“Qüds problemi sadəcə Fələstinin problemi deyil. Bu, dünyada yaşayan bütün müsəlmanların dini, milli kimliyini təsdiq edən bir məsələdir. 100 ildir ki, Qüdsün taleyi ilə Qərbin irticaçı dairələri, mason təşkilatları oynayır. 1917-ci ildə Balfur deklorasiyası ilə bu məsələ başladı. Fələstin torpağında yəhudi dövlətinin qurulmasına start verildi. Həmin tarixdən bu günə qədər ayrı-ayrı vaxtlarda dünya düzənində yaranmış fürsətlərdən istifadə edərək bu məsələni gündəmə gətirirlər.
ABŞ-İsrail cütlüyünün bəzi qüvvələrin əli ilə Şərqdə atdığı addımlar hər kəsə məlumdur. Onlar İraq və Suriyanı demək olar ki, tamamilə dağıdıblar. Şərqin ən qədim mədəniyyət abidələri, yaşayış məntəqələri məhv edilib. On minlərlə günahsız insan şəhid olub.
Bu gün İsraildəki sadə vətəndaşlar korrupsiya iddiaları səbəbi ilə Netanyahunun istefasını tələb edir. Məhz bu məsələləri arxa plana keçirmək, müsəlman dünyasını yeni münaqişəyə cəlb etmək üçün ABŞ-İsrail cütlüyü bu məsələni ortaya atıb.
Onu da qeyd edim ki, baş verənlərlə bağlı ilk etirazlar Fələstinin özündən, Fələstin müqavimət qüvvələrindən gəlib. Təbii, cənab Ərdoğana da böyük təşəkkür düşür. Bütün müsəlman dövlətləri, eləcə də Azərbaycan buna öz etirazını bildirməlidir. Çünki söhbət Həzrəti Peyğəmbərimizin ilk dəfə namaz qıldığı məsciddən gedir. Hansı ki, cənab Cəbrayıl yəhudilərin işğalından sonra zühur edib onu Məkkəyə tərəf yönləndirdi.
Qüds müsəlmanların ilk qibləsidir. Heç kim güman etməsin ki, problemlər sadəcə Qüdslə yekunlaşacaq. Qüds ilkin siqnaldır. Bu məsələdə məlum qüvvlər öz məqədlərinə çatsa, sonra Məkkə, Mədinə kimi digər müqəddəs məkanlar gündəmə gətiriləcək. 
Bu, həm də Ərəb Liqasındakı bəzi satqınların yaratdığı boşluqlardan qaynaqlanan bir məsələdir və proseslərin bu məcrada cərəyan etməsində bu amilin də rolu az deyil”.
 
Seymur Əliyev

Загрузка...
Загрузка...