​Qubada minik avtomobilləri toqquşdu - Xəsarət alanlar var

Baxış sayı: 
52
1  
0  

Qubada yol-nəqliyyat hadisəsi baş verib.
 
"Report"un verdiyi məlumata görə, hadisə Bakı-Quba avtomobil yolunun Quba şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Belə ki, "Lada Priora" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Qəza zamanı "VAZ-2107" aşıb. İlkin məlumata görə hadisə zamanı bir neçə nəfər xəsarət alıb.
 
Hadisə yerinə Təcili Tibbi yardım Stansiyasının həkimləri və hüquq mühafizə orqanlarının əməkdaşları gəlib.
 
Faktla bağlı araşdırma aparılır.

Загрузка...
Загрузка...