Quaydonun toxunulmazlığı ləğv edildi

Baxış sayı: 
76
2  
0  

Venesualada özünü müvəqqəti prezident elan edən Milli Məclis sədri, müxalifət lideri Juan Quaydo ilə bağlı istintaq prosesi davam edir.
Turaninfo.org xarici mediaya istinadən xəbər verir ki, Ali Məhkəmə ölkə xaricinə çıxma qadağasının olmasına baxmayaraq, Quaydonun Kolumbiyaya səfəri ilə əlaqədar başladılan istintaq çərçivəsində onun toxunulmazlığının ləğvi tələbi ilə Qurucu Məclisə müraciət ünvanlayıb.
Ölkədə tək qanunveruci qurum olan Venesuela Qurucu Məclisi Diosdado Cabellonun sədrliyi ilə toplaşaraq Ali Məhkəmənin müraciətini səsverməyə çıxarıb. Deputatlar yekdilliklə Quaydonun toxunulmazlığının ləğvinə səs veriblər.
Daha əvvəl isə müxalifətin liderinə ən yaxın 15 il ərzində dövlət vəzifələrini tutmaq qadağan olunub.

publika.az
                                                                                                                                                               

 

Загрузка...
Загрузка...