Qərargah rəisinin məkrinin güdazına gedən sabiq kəşfiyyat bölüyü komandiri döyüş dostlarına müraciət etdi

Baxış sayı: 
122
2  
0  

 
Qarabağ müharibəsi veteranı, milli-azadlıq hərəkatının fəalı Allahverdi Xasayoğlu (Allahverdi Dönməz) halal haqqı olan veteran statusunu ala bilmir.
 
O, 1989-cu ildən 1993-cü ilə qədər knüllü döyüşçü olaraq erməni qəsbkarları ilə müharibə döyüş əməliyyatları aparılan cəbhə blgələrində vuruşub, ağır döyüşlərdə iştirak edib, keçirdiyi uğurlu kəşfiyyat fəaliyyətinə və döyüş əməliyyatlarına görə baş leytinant rütbəsinə laiq görülüb, briqada komandirinin komendant müavini dərəcəsində xidmət aparıb.
 
Ancaq bu gün Allahverdi Xasayoğlunun adı müharibə veteranları siyahısında yoxdur.
 
Keçmiş döyüşçü məcbur qalaraq döyüş yoldaşlarında sağ qalanlara, döyüşdü yaşayış məntəqələrində onu tanıyanlara üz tutaraq, onun haqqının bərpasında yardımçı olmalarını xahiş edir.
 
Allahverdi Xasayoğlu sosial mediadakı səhifəsində yazır: "Üzümü yevlaxlı qardaşlarıma, Tərtərdə döyüşən "Qurtuluş, Gəncə, Tərtər-1 və Tərtər -2" batalyonlarının döyüşçülərinə, o cümlədən şanlı 701 saylı briqadanın zabit və əskərlərinə tuturam. Ola bilsin ki, aradan uzun müddət keçdiyindən çoxlarımızı xatırlamayaq. Ona görə də mən həmin zamanlarda sizlərlə birlikdə olan fotolarımı da burda paylaşıram ki, xatirələrinizi yada salıb mənə qarşı olan haqsızlıqdan xəbər tutmaqla, haqq səsinizi qaldırasız".
 
Bundan başqa, keçmiş döyüşçü eyni xahişlə  Yevlax, Tərtər, Ağdam, Kəlbəcər, Laçın camaaatına müraciət edir.
 
Allahverdi Xasayoğlu yazır: "Əziz Laçınlılar! Xatırlayırsız ki, siz ikinci dəfə köçkün düşəndə, brqada komandiri general ( o zaman polkovnik) Zaur Rzayevin komendant müavini kimi yanınızda olmuşam.
 
Əziz kəlbəcərlilər, 844, 712 saylı batalyonların zabit və əskərləri! Hər biriniz yaxşı bilirsiniz ki, dislokasiya olunduğum Narışlar nahiyəsində, rəhbərlik etdiyim kəşfiyyat bölüyü ilə Çapar, Vaquas, (Qozlu körpü) Kərəmli, Umudlu, Vəngdən ermənilərin çıxarılmasında və Laçının Xoçaz yüksəkliyinə qədər ki, əməliyyatlarda sizlərlə çiyin-çiyinə olmuşam.
 
Doğulduğum Zülfüqarlı kəndinin sakinləri, Comərd, Nəcəfalı, Kilsəli, Laçın kəndi, Böyük düz, Almalıq, Qaragüney, Keçili qaya, Mərcimək, Xallanlı, Çorman, Abdullauşağı, Ağyataq, Qaraçənli, Moz, Əsrik, Çobangərəkməz, Bəylik, Qaraxənçəlli, Başlıbel, Zərqulu, ümumiyyətlə Tonel zonasının əhalisi! Sizlərin hər biri mən Allahverdi Xasay oğlunun müharibə vaxtlarındakı, eləcə də Kəlbəcərdəki fəaliyyətindən xəbərdarsız. Yəqin ki bunları rəylərinizdə bildirəcəksiniz".
 
A.Xasayoğlu müraciətimin sonunda nədən belə bir xahiş etmək zorunda qaldığını açıqlayıb:
 
"O zamanlar 701 saylı briqadanın qərərgah rəisi, polkovnik-leytenant Vahid Tadcibov adlı şəxsi satın alan şəxs, dəfələrlə məni öldürtmək üçün sui-qəsdlər hazırlamış, bunlar Allahın lütfüylə baş tutmadığına görə, bütün hərbə aid sənədlərimi həmin qərərgah rəisi it-bata salmışdır. İndi bunların bərpası üçün mən uğrunda gəncliyimi qoyduğum Milli Ordumuzla məhkəmədə görüşməyi özümə rəva bilmədiyimdən, sizə üz tutmuşam. Rəyləriniz mənim üçün vacibdir. Əminəm ki, məni tanıyanlar bu məsələyə biganə qalmayacaqlar".
 
Onu da qeyd edək ki, Laçın alayının komandiri Arif Paşa Allahverdi Xasayoğlunun bu müraciətinə biganə qalmayan yazıb: "Bu nə biabırçılıqdır? Kim Allahverdi Donməzin bu fəaliyyətini, onun VƏTƏN yolunda xidmətlərini dana bilər?"
 
Müsavat.com

Загрузка...
Загрузка...