​Qol buraxmayan qapıçı MƏRCİ UDDU - Bütün xərci sponsor ödəyəcək

İngiltərənin aşağı divizion klubu “Flitvud Taun”un qapıçısı 2018-ci ildə ürəyi istədiyi qədər pulsuz pizza yeyəcək.
Publika.az xəbər verir ki, İngiltərə kubokunun 3-cü mərhələsində Lesterlə qarşılaşan “Flitvud” qapısını toxunulmaz saxlaya bilib. Klubun sponsoru “Papa Johns” oyundan əvvəl Nil Krisin “Lester”dən qol buraxmayacağı təqdirdə onu 2018-ci ildə pulsuz pizza ilə təmin edəcəyinə söz vermişdi.
Bundan ruhlanan Nil qapıda inamlı dayanaraq oyunun qolsuz heç-heçə bitməsində önəmli rol oynayıb. Qalib təkrar oyunda müəyyənləşəcək.
Pərviz

Загрузка...
Загрузка...