Qohumunun evinə gəlib arvadına əl atdı, sonra... – Gecə qətli

Baxış sayı: 
254
0  
0  

 
Goranboy rayonunda qətl törətməkdə təqsirli bilinən Kəlbəcər rayonunun Cəmilli kənd sakini, 1971-cü il təvəllüdlü Natiq Qafarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Teleqraf.com xəbər verir ki, ötən il martın 11-də Goranboy rayonunun Qaraçinar kəndində Natiq Qafarov qisas almaq niyyəti ilə 51 yaşlı Mübariz Məmmədovu qətlə yetirib.
 
Məlum olub ki, martın 11-də gecə saat 23:30-da qonşuluqda yaşayan və uzaq qohumu olan, əvvəllər həmin evə tez-tez gələn Mübariz Məmmədov orta dərəcəli sərxoşluq vəziyyətində Natiq Qafarovun evinə gəlib. O, qohumunun həyat yoldaşı Nübar Qafarovanı qucaqlamağa çalışıb, ona intim xarakterli hərəkətlər etməyə cəhd göstərib.
 
Həmin vaxt Natiq Qafarov evdə, yataq otağında yatıbmış. Səsə oyanan Natiq çarpayının yanında olan taxta kətillə Mübarizə yaxınlaşıb və arxadan onun baş nahiyəsinə zərbə vurub.
 
Daha sonra ev yiyəsi “qonağ”ının kürək nahiyəsində gödəkçəsindən tutaraq yerə yıxıb. Nübar Qafarova evdən çıxaraq həyətə qaçıb. Natiq Qafarov Mübariz Məmmədovun sifət nahiyəsinə yumruqla bir neçə zərbə endirib. Bir qədər sonra evin həyətindən dəmir parçasını götürərək, onun baş nahiyəsinə çoxsaylı zərbələr vurub. Aldığı xəsarətdən Mübariz Məmmədov ölüb.
 
Natiq Qafarovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub. Onun barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Cinayət işi hakim Dadaş İmanovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Məhkəmənin hökmü ilə Natiq Qafarov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...