​Qohumlarını qətlə yetirməyə cəhd edən şəxslər hakim qarşısında: əvvəlcə güllələyiblər, sonra isə balta ilə...

Baxış sayı: 
126
2  
0  

 
Qohumlarını əvvəlcə odlu silahla yaralayan, sonra isə onu baltalamaq istəyən şəxslər hakim qarşısına çıxarılıb.
 
Musavat.com xəbər verir ki, qabaqcadan əlbir olaraq qətl törətməyə cəhddə ittiham edilən Elsevər Quliyev və Ülvi Ismayılov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.
 
İstintaq orqanının təqdimatı ilə Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində seçilmiş həbs-qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.
 
Qətl hadisəsi bu il, yanvarın 20-də Mingəçevir şəhərində baş verib. Şəhər sakini Elsevər Quliyev qohumu Ziyad Mirzəyevdən qisas almaq məqsədilə avtomobilində olarkən üzərində gəzdirdiyi odlu silahdan ona 2 dəfə atəş açaraq yaralayıb.
 
Ziyad Mirzəyev avtomobildən düşüb qaçarkən Elsevər Quliyev ona doğru üçüncü dəfə atəş açıb. Lakin yaranmış səs-küylə bağlı ətrafa xeyli adamın toplaşması səbəbindən qatil niyyətini başa çatdıra bilməyib. Elsevər Quliyev gəldiyi avtomobillə hadisə yerindən uzaqlaşıb.
 
Həmçinin müəyyən edilib ki, E.Quliyevlə qabaqcadan əlbir olan digər qohumu Ülvi İsmayılov Ziyad Mirzəyevi izləyərək onun yeri barədə Elsevər Quliyevə məlumat verib.
 
Eyni zamanda E.Quliyev hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində yaralanan və hadisə yerindən qaçan Ziyad Mirzəyevi öldürmək məqsədi ilə üzərində gəzdirdiyi baltanı götürüb, onu təqib edib.
 
Lakin Z.Mirzəyev yaşayış binalarının arasında gözdən itib və cinayətkar öz niyyətini başa çatdıra bilməyib.
 
E.Quliyev və Ü.İsmayılova qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
 
İ.Muradov
Musavat.com

Загрузка...
Загрузка...