Qənirə Paşayavea Türkiyədə mükafatlandırıldı - FOTO

Baxış sayı: 
84
2  
0  

Türkiyənin Kapadokya şəhərində Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Uçhisar bələdiyyəsinin təşkilatçılığı ilə AXC və Türk Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 100-cü ildönümünə həsr olunmuş gecə keçirilib.

Tədbirin açılışında çıxış edən millət vəkili Q.Paşayeva Azərbaycan Xalq Cümhuriyyəti, onun qurucuları haqda danışıb.

O, həmin zamanlarda erməni daşnaklarının rus bolşeviklərin dəstəyi ilə Azərbaycanda dəhşətli soyqırım həyata keçirdiyini və Cümhuriyyət qurucularının xahişi ilə böyük qəhrəman Nuru Paşanın rəhbərliyi ilə Türk Qafqaz İslam Ordusunun Azərbaycana dəstəyə gəldiyini deyib:

“O ordunun içərisində Nevşehirdən də dədələrimiz var və bu gün Bakıda Türk Şəhidliyində yatırlar. Onların xatirəsinə qədim Kapadokyada, Nevşehirdə abidə qoyulması vəfa borcu olmaqla yanaşı, bugünkü və gələcək nəsillər üçün böyük önəm daşıyır. Çanaqqalada üç mindən çox Azərbaycan türkü şəhid olub. Həmin zaman dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi. Bu birliyimizi daha da gücləndirib, zəfər qazanacağıq”.

Tədbirdə çıxış edən Uçhisar bələdiyyə başqanı Əli Karaarslan Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olacağını bildirib.

Загрузка...
Загрузка...