Qlobal istiləşmə Rusiya və Kanadanı dünyada qida məhsullarının əsas istehsalçılarına çevriləcək

Baxış sayı: 
77
2  
0  

 
Kanadanın Quelf universitetinin ekspertləri iqlim dəyişikliyindən sonra qida məhsullarının istehsalı üçün hansı bölgələrin yararlı ola biləcəyini dəqiqləşdirmək üçün tədqiqat aparıblar.
 
Musavat.com xəbər verir ki, bu barədə “HighTech+” saytının məlumatında deyilir.
 
Mütəxəssislər bundan ötrü kənd təsərrüfatı üçün qlobal dərəcədə əhəmiyyətli sayılan 12 bitkinin ehtiyaclarını qarşılayacaq 17 iqlim modelini hava hərarətinin proqnozları ilə birləşdiriblər.
 
Məlum olub ki, bir və ya bir neçə bitkinin yetişdirilməsi üçün sadəcə 30%-lik yararlı torpaq sahəsi qalacaq. Bunların əsas hissəsi şimal yarımkürəsində yerləşəcək. Həmin torpaqların yarısı isə Rusiyanın (4,3 milyon kvadrat kilometr) və Kanadanın (4,2 milyon kvadrat kilometr) payına düşür.
 
Kanadanın özündə taxıl, kartof, qarğıdalı və soya kimi 4 əsas kənd təsərrüfatı məhsulu sayılan bitkilərin yetişdirilməsi şimal bölgələrinə doğru çəkiləcək.
 
Yeni ərazilər cənubdakı yararlı torpaqların itirilməsini qismən kompensasiya edə bilir. Bundan başqa, bu Rusiya və Kanadanın şimal bölgələrinin inkişafına da kömək göstərəcək.
 
Hər bir halda ekspertlər şimal bölkgələrin isitismara açılmasının bir çox ekoloji fəlakətləri də özü ilə bərabər gətirəcəyi barədə xəbərdarlıq edirlər. Xüsusilə tayqa meşələrinin qırılaraq yerində əkin sahələrinin qurulması zəhərli qazların atmosferə buraxılmasını sürətləndirə və qlobal isitiləşmə fəlakətini dərinləşdirə bilər.
 
Bundan başqa, bu planetin bioloji müxtəlifliyinə və suların keyfiyyətinə ciddi mənfi təsir göstərəcək.
 
Musavat.com

Загрузка...
Загрузка...