Qızların çılpaq videosunu yayan şəxsləri hansı cəza gözləyir?

Baxış sayı: 
104
2  
0  

Martın 31-də sosial şəbəkələrdə və bəzi internet saytlarında bir qrup şəxsin sərxoş vəziyyətdə əxlaqsızlığı təbliğ edən və cəmiyyətdə mövcud olan etik-davranış qaydalarına zidd hərəkətlərini özündə əks etdirən videogörüntü yayılıb. Video geniş ictimai rezonans doğurub, cəmiyyətin müxtəlif təbəqələri tərəfindən böyük narazılıqla qarşılanıb.
 
Daxili İşlər Nazirliyinin rəhbərliyinin tapşırığına əsasən məsələ ilə əlaqədar təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib. Bu gün artıq həmin görüntülərdə əks olunan 2 kişinin və 3 qadının şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətirilib. İstifadələrində olan “Land Rover” markalı avtomobil isə mühafizə olunan duracağa yerləşdirilib.
 
Eyş-işrət məclisi paytaxtdan kənardakı bağ evlərindən birində Bakı şəhər sakini Valeh İsrafilov və RF vətəndaşı, əvvəllər məhkum olunmuş Cahid Kərimov tərəfindən təşkil olunub və orada iştirak edən 3 qadının da görüntüləri məhz C.Kərimov tərəfindən çəkilərək sosial şəbəkədə yayımlanıb.
 
Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.
 
Belə olan halda videonu yayanları hansı cəza gözləyir?
 
Vəkil Sadiq Əfəndiyev Publika.az-a açıqlamasında həmin videogörüntüləri yayan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinin istisna edilmədiyini bildirdi:
 
“Ümumiyyətlə, insanın çılpaq şəkildə nümayiş etdirilməsi cəmiyyətimizdə hakim olan əxlaqi-etik təssəvürlərlə pislənilən, yəni qeyri-əxlaqi hərəkət kimi qəbul edilir. Bu cür hərəkətin insanın özü tərəfindən yaxud öz razılığı ilə başqası tərəfindən edilməsi əxlaqi baxımdan əhəmiyyət kəsb etmir. Lakin insanın özünün istəmədiyi halda onun çılpaq şəkilinin qeydə alınıb yayılması əxlaq məsələsindən başqa, hüquq müstəvisində şəxsi həyatın toxunulmazlığını pozan hərəkətlər kimi qiymətləndirilir. Qanunvericilik şəxsi toxunulmazlıq hüququ ilə insanın şəxsi və ailə həyatının sirlərinə dair məlumatları mühafizə edir. Şəxsi və ailə həyatının sirrinə aid məlumatların dairəsi kifayət qədər geniş olduğundan qanunvericilikdə bununla bağlı konkret anlayış verilməsə də, bu hərəkətə yol vermiş şəxslərin Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə cəzalandırılması nəzərdə tutulub. Qeydə alınmış görüntülərdən müşahidə olunduğu kimi, kənar şəxslərin görmədiyi bir şəraitdə 3 nəfər qızın çılpaq şəkildə əylənərkən qeydə alınmış görüntülərinin yayılmasına yol verilib. Hesab edirəm ki, qızların hərəkətini qeyri-əxlaqi hərəkət kimi qəbul etsək də, onların hər hansı bir hüquq pozuntusuna yol vermədən çılpaq şəkildə əylənmələrini səxsi həyatlarına aid olan sirlərə aid edə bilərik. Bu baxımdan görüntüləri yaymış şəxslər “Şəxsi həyatın toxunulmazlığını pozma” adlanan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə cinayət məsuliyyət cəlb edilə, eyni zamanda şəxsi həyat sirlərinin pozuntusuna məruz qalmış qızlar tərəfindən həmin şəxslərə qarşı vurulmuş mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırıla bilər. Bununla yanaşı göstərilən faktla bağlı aparılan araşdırma zamanı cinayət tərkibli digər halların da müəyyən edilməsi istisna edilmir”.
 
Gülxar

Загрузка...
Загрузка...