Qızı Müslüm Maqomayev haqqında bütün sirləri AÇDI - VİDEO

Baxış sayı: 
36
1  
0  

“Atam Tamara (Müslüm Maqomayevin ikinci həyat yoldaşı Tamara Sinyavskaya - red.) ilə məni Moskvada tanış edib. Həmin vaxt onunla rəfiqə olduq. İlk andan hiss etdim ki, bizim mehriban münasibətimiz olacaq. İndiyədək də əlaqəmiz davam edir".
 
Publika.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Müslüm Maqomayevin qızı Marina Maqomayeva “Эксклюзив” verilişində atası haqqında danışarkən deyib. İllərdir ki, mətbuatdan gizlənən Marina Maqomayeva ilk dəfə olaraq Amerikadakı evində müsahibə verib:
 
"Mətbuatı sevmirəm, odur ki, verilişdə çəkilmək mənim üçün böyük faciə demək idi. Ailə qurduqdan sonra Amerikaya köçdüm. Anam isə 7 ildən sonra gəldi. Amma yazırdılar ki, Müslüm Maqomayev qızı ilə tanış olmaq üçün Amerikaya gəlib. Anam belə xəbərlərə çox sakit yanaşır, deyir ki, niyə sinirlənirsən? Hər halda bu qədər ədalətsizlik olmaz”.
 
Marina atasının nikahdankənar övladının olmasına inanmadığını və valideynlərinin qarşılıqlı anlaşma ilə ayrıldığını deyib:
 
“Atam məşhur olduqdan sonra qastrol səfərlərinə yollanmalı olub. Lakin anam üçün ailə çox vacib idi. O, evdə uşaqla oturub ərini gözləmək istəmirdi. Mən də razı olmaram ki, ərim bütün gün qastrol səfərlərinə yollansın, mən isə uşaqla evdə oturum. Onlar 1963-cü ildə ayrılıb. Atamla Tamara 70-ci illərdə tanış olub, onda o artıq gənc deyildi. Onların ortaq maraqları var idi, çox məşhur cütlük idi. Anam həmişə deyirdi ki, Tamaranın səsi bənzərsizdir. Tamara Sinyavskayanın anam və mənimlə münasibətləri yaxşı olub".
 
Marina bildirib ki, atası ilə Tamara Sinyavskayanın sevgisi o qədər güclü olub ki, Müslüm heç vaxt ona xəyanət etməyib. Dahi musiqiçinin qızı etiraf edib ki, onu həyat yoldaşı, musiqiçi Aleksandr Kozlovski ilə Tamara tanış edib. Cütlük ilk dəfə Bakıda tanış olub, daha sonra Aleksandr onu Amerikadakı konsertinə dəvət edib. Onların Alen adlı oğlu var. Alenin adını da Müslüm Maqomayev qoyub.
 
Müsahibəsində Marina Maqomayeva vurğulayıb ki, əri evlilik təklif etməzdən əvvəl Müslüm Maqomayevin razılığını alıb.
 
Maqomayevanın sözlərinə görə, onun bir çox insanlardan fərqli olaraq, ABŞ-a köçmək və orada yaşamaq istəyi olmayıb, ancaq tale elə gətirib ki, Amerikada evlənib.
 
Qeyd edək ki, Marina Maqomayeva atasına hədsiz bənzərliyi ilə diqqət çəkib.

Загрузка...
Загрузка...