Qıza görə ermənini döyən məşhur azərbaycanlı - 7 fakt

Baxış sayı: 
55
3  
0  

Bu gün xalq şairi Nəbi Xəzrinin (1924-2007) doğum günüdür.
 
Kult.az Nəbi Xəzri ilə bağlı 7 faktı təqdim edir:
 
1. Nəbi Xəzrinin uşaqlığı çox ağır keçib: o, 1 il ərzində 3 qardaşını itirib. Atası Kərbəlayi Ələkbər (1873-1933) bu itkilərə dözə bilməyib və o da həmin il dünyasını dəyişib.
 
2. N.Xəzri Azərbaycan Yazıçılar İttifaqına kitabı çıxmadan üzv seçilmiş ilk şairdir. Hələ 20 yaşında ikən xalq şairi Səməd Vurğunun təkidi ilə Yazıçılar İttifaqına üzvlüyə qəbul edilib.
 
3. Müharibədə çox ağır xəstələndiyi üçün ordudan tərxis edilir və evə dönəndə doğma bacısı belə onu tanıya bilmir. Möhkəm xəstələndiyi üçün Mir Möhsün ağanın evinə aparılır və bir müddət orada qalır.
 
4. O, 1947-49-cu illərdə Leninqrad Dövlət Universitetində 19 qızın yanında yeganə oğlan tələbə olub. Onlardan yaşca böyük olduğu üçün bir dost, qardaş kimi qızları qoruyarmış. Bir gün yuxarı kursda oxuyan iki erməni tələbə qruplarındakı qızların birinə sataşır. Nəbi Xəzri o ermənini möhkəm döyür, digəri isə qaçır. Bu hadisədən sonra Nəbi universitetdən azad edilir. Lakin qrup yoldaşları olan qızlar rektorla görüşüb N.Xəzrini müdafiə edirlər və o, yenidən universitetə bərpa edilir.
 
5. Müslüm Maqomayevin ifa etdiyi məşhur “Azərbaycan” mahnısının sözlərini şair dünya şöhrətli müğənninin xahişi ilə yazıb. Orijinalda şeirin adı ”Baharlı yurdum” olub, sonradan dəyişdirilib.
 
6. Nəbi Xəzri xalq yazıçısı İsa Hüseynovla qohum olub.
 
7. O, Xəzər dənizini çox sevdiyi üçün “Xəzri” təxəllüsünü götürüb.

Загрузка...
Загрузка...