“Qınamayın, efirlərə gəlməyəcəm” – Elza Seyidcahandan sərt tənqid (Video)

Baxış sayı: 
62
1  
0  

ARB TV-nin “Hüseynova bacıları” verilişinin ilk buraxılışının qonağı Əməkdar artist, bəstəkar Elza Seyidcahan efirdə əsəbləşdi.

Verilişin qonağı Ramin Abdullayev Mirzə Babayevi parodiya edəndən sonra Elza Seyidcahan hərdən efirdə yaranan məqamlara öz iradını bildirdi. Sənətçini narahat edən məsələ isə bəzi aktyorların düzgün danışa bilməməsi oldu.

“Siz Mirzə Babayev kimi sənətkarları parodiya edəndə xoşuma gəlir. O deyir gəl. Amma son zamanlar “gəl” sözünə “cəl”, “cəl cedəy” deyirlər. Bu nə danışıqdır ay başınıza dönüm? Vallah, mən efirlərə gəlməyəcəm. Yetişən gənc aktyorlarımızın danışığından əsəb keçirirəm. Gör, mən əgər belə əsəbləşirəmsə, onda bizim ziyalılarımız, canlı əfsanələrimiz onlar nələr keçirirlər. Hirslənirəm, məni qınamayın”.(baku.ws)

 

 

Загрузка...
Загрузка...