Qəbul olub oxumayanların sayı azalıb - Məleykə Abbaszadə

Baxış sayı: 
105
1  
0  

Ali məktəbə qəbul olan, amma təyin edilmiş müddətədək daxil olduğu ali təhsil müəssisəsində qeydiyyatdan keçməyən abituriyentlərin müraciətlərinə fərdi şəkildə baxılıb.

Turaninfo.org Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu il ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin 99 faizi qeydiyyatdan keçib.

 

M.Abbaszadə əlavə edib ki, əvvəllər ali məktəbə qəbul olan abituriyentlərin təxminən 12-13 faizi qeydiyyatdan keçmirdi: "Bu il isə bu göstərici çox az oldu. Sentyabrın 15-dən sonra qeydiyyatdan keçməyən abituriyentlər tərəfindən bizə müraciətlər daxil oldu. Biz onlara fərdi şəkildə baxdıq. Elə olub ki, ali məktəbə qəbul olan, amma ali təhsil müəssisəsində qeydiyyatdan keçməyən abituriyent sentyabrın 15-də tədris ocağına gəlib. Bu hallara da fərdi olaraq baxmışıq. Elə hallar da olub ki, abituriyentin təhsil haqqı köçürülüb, amma o qeydiyyatdan keçməyib. Bunları nəzərə alaraq belə tələbələrlə bağlı əmrləri ali məktəblərə göndərdik".

Xatırladaq ki, ali məktəbə qəbul olan, amma daxil olduğu ali təhsil müəssisəsində qeydiyyatdan keçməyən tələbənin əmri DIM tərəfindən həmin ali məktəbə göndərilmir. Bu halda da abituriyent ali məktəbə daxil olmuş sayılmır.

Загрузка...
Загрузка...