Qəbiristanlıqlarla bağlı sənəd HAZIRLANDI – Məzar yerləri pulsuz olacaq

Baxış sayı: 
86
2  
0  

“Dəfn işinin təşkili, qəbiristanlıqların salınması və ümumiyyətlə
bu məsələnin tənzimlənməsi ilə əlaqədar Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsi ilə birlikdə İqtisadiyyat Nazirliyi
sənəd hazırlayıb. Artıq həmin sənəd müvafiq qurumlara
təqdim edilib. Hazırda isə həmin sənəd üzərində işlər aparılır”.

Turaninfo.org bildirir ki, bunu modern.az-a açıqlamasında
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini
Gündüz İsmaylov deyib.

Qurum rəsmisi bildirib ki, sənəddə qəbiristanlıqların salınması,
qəbiristanlıqların salınması zamanı hansı meyarların nəzərə
alınması, sanitar qaydalardan tutmuş dini, şəriət məsələlərinə
qədər hamısı öz əksini tapıb.

“Eyni zamanda sənəddə hər bir məzar üçün nə qədər
torpağın ayrılması, ayrılan torpağın ödənişsiz olması,
məzar daşlarının ölçüləri kimi məsələlər də öz əksini tapıb”.

G.İsmayılov sənəddə qəbiristanlıqların salınması,
idarə edilməsi məsələlərinin də qeyd edildiyini
diqqətə çatdırıb.

“Ümid edirəm ki, həmin sənəd yaxın vaxtlarda
qəbul ediləcək və orada göstərilən bütün qaydalar icra olunacaq”.

 
Загрузка...
Загрузка...