​Qazaxıstan COVID-19 peyvəndinin sınaqlarına başlayır - TARİX AÇIQLANDI

Baxış sayı: 
113
1  
0  

Qazaxıstanda COVID-19 peyvəndinin kliniki sınaqlarına sentyabrda başlanacaq.
 
Publika.az xəbər verir ki, Təhsil və Elm Nazirliyi Elmi Komitəsi Bioloji Təhlükəsizlik Problemləri Araşdırma İnstitutu bu barədə bildirib.
 
“26 iyulda peyvənd hazırlayan 5 nəfər canlı virusla iş əsnasında təhlükəsizliklərini təmin etmək üçün peyvəndi könüllü olaraq öz üzərlərində sınayıb. 3 gün sonra ümumi vəziyyətin yaxşı olduğu, qızdırma və allergiyanın olmadığı müşahidə edilib. Kliniki sınaqlardan əvvəlki mərhələ 20 avqustda tamamlanacaq. Nəticələr Səhiyyə Nazirliyinə təqdim ediləcək”, - institutun açıqlamasında deyilir.
 
Səhiyyə Nazirliyi peyvəndi təsdiq edərsə, 44 könüllünün qatılacağı sınaqlar başlayacaq. Oktyabrda isə 200 könüllü üzərində ikinci mərhələ gerçəkləşdiriləcək.
 
Zümrüd

Загрузка...
Загрузка...