​Qazaxda toy karvanında atəş açıldı (FOTO/VİDEO)

Baxış sayı: 
52
2  
0  

Qazax rayonunda toy karvanında təhlükəli anlar yaşanıb.
 
APA-nın məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdən belə məlum olur ki, rayonun Daş Salahlı kəndində təşkil olunmuş toy karvanında hərəkətdə olan "VAZ-2106” markalı, 09 BC 367 dövlət nömrə nişanlı avtomobilin sərnişini tüfəngdən havaya bir neçə dəfə atəş açır.
 
Yayılan görüntülərlə bağlı polis tərəfindən araşdırmalara başlanıb.
 
 

Загрузка...
Загрузка...