Qaşıqçı üçün Səudiyyədən gələn 15 nəfərlik sui-qəsd qrupu həbs edildi – SƏUDİYYƏ MEDİASI

Baxış sayı: 
46
3  
0  

Səudiyyə Ərəbistanı mətbuatı, journalist Camal Qaşıqçı hadisəsi üçün İstanbula gəldiyi iddia edilən 15 nəfərlik qrupun nəzarətə alındığını yazıb. Səudiyyə mətbuatındakı xəbərin, Ər-Riyad rəhbərliyinin Qaşıqçı cinayətini qəbul edən bir hesabat yayımlayacağı iddiasından sonra gəlməsi diqqətlərdən qaçmayıb.
 
 Səudiyyə Ərəbistanı hökumətinə yaxın “Elaph” qəzeti, Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna gələrək, jurnalist Camal Qaşıqçını edam etdiyi irəli sürülən 15 nəfərlik qrupun nəzarətə alındığını iddia edib.
 Qəzetin iddiasına görə, nəzarətə alınan şəxslərə İstanbula getmə səbəbləri və nə etdikləri soruşulub.

Загрузка...
Загрузка...