“Qaşıqçı cinayəti”ndə əsas günahkarın məhkəmədən yayındığı məlum olub

Baxış sayı: 
62
2  
0  

 
Səudiyyə Ərəbistanlı jurnalist Camal Qaşıqçının 2018-ci ilin oktyabrında İstanbulda vəhşicəsinə qətlə yetirilməsinə görə həbs olunan 11 nəfərin məhkəmə prosesi paytaxt Ər-Riyadda davam etdirilir.
 
Lakin Qərb mediası cinayəti planlaşdıran şəxsin, yəni şahzadə Məhəmməd Bin Salmanın keçmiş müşaviri Səud Əl-Kahtaninin ümumiyyətlə, məhkəməyə gəlmədiyini bildirir.
 
“Reuters” agentliyinin məlumatına görə, Səud Əl-Kahtani yanvar ayından bu yana keçirilən 4 məhkəmə prosesinin heç birində iştirak etməyib.
 
Xatırladaq ki, hələ noyabr ayında yaxalanan və adları çəkilməyən 11 şübhəli şəxs haqqında prokurorluq ittiham aktı hazırlayıb və onlardan 5 nəfər barədə edam cəzası istənilib.
 
Səud Əl-Kahtani rəsmən və formal olaraq şahzadə Məhəmməd bin Salmanın müşaviri vəzifəsindən azad edilib. ABŞ Maliyyə nazirliyi isə onu sanksiya tətbiq olunan şəxslərin siyahısına salıb.
 
Prokurorluq Əl-Kahtaninin bu cinayəti ölkə kəşfiyyatının ikinci şəxsi hesab edilən Əhməd Əl-Asiri ilə planladığını bildirərək, dəstənin hərəkətlərini “skype” video platformundan koordinasiya etdiyini bildirib.
 
Qeyd olunur ki, məhkəmə prosesinə sadəcə, ABŞ, İngiltərə, Fransa, Rusiya, Çin və Türkiyə diplomatları buraxılır.
 
Diplomatlar hər iclasdan olduqca qısa müddət öncə xəbərdar edilir və yanlarında tərcüməçi gətirilməsinə də icazə verilmir.
 
Musavat.com

Загрузка...
Загрузка...