​Qardaşlarım əməli- qanunsuz silah saxlama, quldurluq...

Baxış sayı: 
44
3  
0  

 
Taksi sürücüsünə qarşı quldurluq edən dəstə hakim qarşısına çıxarılıb. Onlar arasında keçmiş məhkumlar da var.
 
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Sahib Cəfərli, onun qardaşı Mehdi Cəfərov və Azər Ağacanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
 
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
 
Təqsirləndirilən şəxslər ötən il noyabrın 26-da saat 1 radələrində Yasamal rayonunun Moskva prospektində 3 nəfər naməlum şəxs Sumqayıt şəhər sakininin idarə etdiyi “London-Taxi” markalı avtomobilə sərnişin qismində minərək Xırdalan şəhərinə gediblər.
 
Orada sürücünü bıçaqla hədələyərək 63 manat pulunu və mobil telefonunu alaraq, hadisə yerini tərk ediblər.
 
Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər nəqliyyat vasitəsini qanunsuz olaraq ələ keçirdiyinə görə məhkum olunmuş Sahib Cəfərli saxlanılıb.
 
Cinayətdə şübhəli bilinən S.Cəfərlinin qardaşı, əvvəllər qəsdən sağlamlığa zərər vurduğu üçün 2 dəfə məhkum olunmuş Mehdi Cəfərov ötən il dekabrın 3-də Nəsimi RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.
 
Araşdırmalarla onun qanunsuz olaraq silah saxladığına görə də axtarışda olması müəyyən edilib.
 
Təqsirləndirilən şəxslərin digər cinayətləri də müəyyən edilib. İş üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb.
 
Onlara Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq) maddəsi ilə ittiham verilib.
 
İlkin Muradov
Musavat.com

Загрузка...
Загрузка...