Qaradərili model KAİNAT GÖZƏLİ seçildi - FOTO

Baxış sayı: 
52
1  
0  

“Miss Universe 2019” kainat gözəli müsabiqəsinin qalibi əslən cənubi afrikalı model Zozibini Tunzi olub.
 
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ənənəvi olaraq keçirilən müsabiqə bu il ABŞ-dakı Teylor Perri Studiyasında baş tutub. Zozibini Tunzi 2011-ci ildə “Miss Universe” tacını taxan Leyla Lopesdən sonra kraliça adını almış ilk qaradərili qadın olub. Tunziyə tacı ötən ilin qalibi olan filippinli model Katriona Qrey taxıb.
 
“Miss Universe” seçilən, ilk Afro saçlı qadın titulunu qazanan Tunzi təəssüratları bölüşərkən gözəlliyinin qəbul edilmədiyini etiraf edib: “Qadınların saç və dəri rənglərinin eyni ilə mənə bənzədiyi və bu gözəlliyin qəbul edilmədiyi bir dünyada böyüdüm”.
 
Zozibini Tunzi 18 sentyabr 1993-cü ildə Cənubi Afrikanın Şərqi Keypindəki Tsolo şəhərində anadan olub. O, Kap Yarımadasında Texnologiya Universitetində ictimaiyyətlə əlaqələr üzrə təhsil alıb. Təhsilini bitirdikdən sonra ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis kimi çalışıb.

Загрузка...
Загрузка...