Qarabağla bağlı yeni presedent: Qondarma rəhbərlik həbs oluna bilər?

Baxış sayı: 
55
1  
0  

 
 
“Təəssüf ki, Qərb bir çox məsələlərə o cümlədən Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşır”.
Bu sözləri “Yeni Sabah”a “Atlas” Araşdırmalar Birliyinin sədri, politoloq Elxan Şahinoğlu Kataloniya bölgəsində baş verənlərlə Dağlı Qarabağ münaqişəsi arasında paralellər apararkən deyib. 
 
Məlumat üçün deyək ki, İspaniyanın Kataloniya bölgəsinin "müstəqilliyi"nə dair 2017-ci ildə qeyri-qanuni referendumun təşkilində günahlandırılan separatçı siyasətçilərə hökm oxunub.
 
İspaniya Ali Məhkəməsinin bu gün elan etdiyi qərarla separatçı liderlər 13 ilədək həbs cəzasına məhkum ediliblər.  
 
Kataloniya separatçılıq hərəkatının iş üzrə adı keçən 12 üzvünün bəziləri qiyama çağırışda və israfçılıqda günahkar sayılıblar.
 
Separatçılar arasında maksimum cəza Kataloniya muxtar vilayəti hökuməti rəhbərinin sabiq müavini Oriol Junkerasa verilib. O, 13 il müddətinə azadlıqdan məhrum edilib. Digər separatçılar isə müxtəlif illərə həbsə məhkum olunublar. Separatçılara verilən həbs cəzasının ümumilikdə 100 il olduğu bildirilir.
 
Bundan sonra bölgədə vəziyyət gərginləşib. Katalonlar separatçı siyasətçilər barədə hökmə etiraz olaraq aksiyalara başlayıblar. Aksiya polislə toqquşmalarla yadda qalıb. Bütün bunlara baxmayaraq ispan hökuməti separatçılara güzəşt etmək niyyətində görünmür.
 
Elxan Şahinoğlu hesab edir ki, bu hadisə Ermənistana qarşı presedent yarada bilər. Lakin Azərbaycan oxşar addımlar atacağı halda dünya birliyindən lazım olan dəstəyi almaya bilər.
 
“İspaniyanın ərazi bütövlüyü təhlükə altında idi. Separatçılar referendum keçirib Kataloniyanı müstəqil elan etdilər. İspaniya hökuməti isə güc tətbiq edərək separatçıları həbs etdi. Çox təəssüf ki, Qarabağ məsələsinə gələndə biz fərqli yanaşma görürük. Gəlirlər seprataçılarla danışıqlar aparırlar, tədbirlərdə iştirak edirlər və s.
 
Eyni zamanda Qarabağdakı separatçı rejimin rəhbəri də rahat şəkildə xarici ölkələrə səfər edir. Bütün bunlar ikili standartlardan irəli gəlir. Məsələn, amerikalı konqresmen Frenk Pallone Qarabağa səfərlər edir. Amma heç görmüsünüzmü ki, o, Osetiyaya, Obxaziyaya, Dombasa səfərlər etsin? Etmir. Çünki Gürcüstana, Ukraynaya ərazi bütövlüyü məsələsində dəstək verir. Amma Azərbaycana gələndə oxşar mövqeni görmürük”, -deyə Elxan Şahinoğlu bildirib.
 
Yenisabah.az

Загрузка...
Загрузка...