"Qarabağla bağlı mitinqlər etməyə ehtiyac yoxdur" — Şuşanın icra başçısı

Baxış sayı: 
39
1  
0  

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov Nikol Paşinyanın işğal altında olan Azərbaycan ərazilərinə etdiyi qanunsuz səfərlərdən danışıb.

B.Səfərov "Ölkə.Az"-a açıqlamasında bildirib ki, Paşinyanın ağılı yoxdur:

"Əgər onun asğılı olsaydı, Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan getməzdi. Onun bu səfəri qanunsuzdur. Paşinyan bunu qarşıdan gələn seçkilərdə qalib gəlməsi üçün edir. Bu cür addımlarla o Ermənistan daxilində diqqəti cəlb etmək istəyir".

"Qarabağ" İctimai Komitəsi tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi tələbilə noyavrın 24-də keçirilməsi planlaşdırılan mitinqin təxirə salınması məsələsinə də toxunan İcma rəhbəri qeyd edib ki, bu cür addımlar hələlik Azərbaycan dövlətinin apardığı siyasətə zərər vurur:

"İndi Bakı şəhər İcra Hakimiyyətinin onların müraciətinə nə üçün icazə verməməsini deyə bilmərəm. Ancaq mən hesab edirəm ki, bizim ölkədə bu cür mitinqlər etməyə ehtiyac yoxdur".

 
Загрузка...
Загрузка...