“Qarabağ”ın məşhur hücumçusunun VİDA MESAJI

Baxış sayı: 
257
0  
0  

“Qarabağ”ın hücumçusu Dino Ndlovu instaqram hesabından izləyicilərinə vida mesajı yazıb.
Publika.az xəbər verir ki, Çinin “Xançjou Qrintaun” komandasına transfer edilən futbolçu “Qarabağ”la birlikdə tarixi günlər yaşadığını və o anları heç vaxt unutmayacağını bildirib:
“Karyeramın 18 aylıq böyük bir hissəsini “Qarabağ”da keçirdim. Bu mənim karyeram ərzində xüsusilə vurğulanacaq dövr idi. Mən, həqiqətən də, karyeramı məhz bu klubda bitirəcəyimi düşünürdüm. Ancaq bunlar hamısı sadəcə bir xəyaldır. Komanda yoldaşlarımla mənə hər şey asan görünürdü. Texniki heyətə də çox təşəkkür edirəm. Çünki bu gün bildiyim hər şey onların sayəsindədir. Mən bu situasiyanı dəyişməyi bacarmadım.
Mənim qanım “Qarabağ”ı sevənlər və onun uğrunda ölənlərlə birgə axacaq. Yenidən görüşənədək!”
Zümrüd

Загрузка...
Загрузка...