"Qarabağ"ın direktoru Qurbanov üçün gələn təklifdən və gözlənilən təxribatdan danışdı

Baxış sayı: 
41
2  
0  

 
"Qarabağ" klubunun direktoru Emrah Çəlikəlin “Yeni Sabah”a müsahibəsi:
- “Qarabağ”ın “Düdelanj”la (Lüksemburq) oyunda (1:4) üzləşdiyi təxribatla bağlı istər Azərbaycan, istərsə də, beynəlxalq qrumlardan hansına müraciət edilib?
 
- Bu bir beynəlxalq məsələdir. Buna görə də məsələyə beynəlxalq qrumlar cavabdehdir. AFFA UEFA-ya şikayətini bildirib. Rəsmi şəxslər bununla bağlı öz qeydlərini aparıblar. Digər rəsmi görüşlərdə eyni hal yaşanmasın deyə, tədbirlər aparılır.
 
- Təxribatı törədənlərlə bağlı UEFA-dan kluba məlumat daxil olubmu? Məsələ ilə bağlı yenilik var?
 
- Hələ ki yox.
 
- “Qarabağ”ın futbolçusu Dani Kintana “Marca” nəşrinə açıqlamasında APOEL-lə səfər görüşündə də eyni halların yaşana biləcəyi ilə bağlı xəbərdarlıq olunduğunu bildirib. Eyni hal yaşanmasın deyə, Kiprin hansısa qrumuna və ya bu kluba müraciət etmisinizmi?
 
- Xəbərdarlıq gəldiyini deməyib. Sadəcə bu ehtimaldır, ehtimal isə hər bir oyunda var. Özümüzü bu kimi şeylərə hazır tutmalıyıq. Biz bununla bağlı hər hansı bir qruma müraciət edə bilmərik. Məsələyə UEFA-baxır. Bütün matçlarda olan təxribat hadisələri ilə əlaqədar özəl tədbirlərini görür. Biz Kiprin hər hansı idarəsinə müraciət edə bilmərik axı.
 
- “Spartak” (Moskva) klubunun Qurban Qurbanova təklif göndərdiyi və qış fasiləsində danışıqlar aparacağı ilə bağlı iddialar var.
 
- Vallah, bilmirəm, məlumatı da sizdən eşidirəm. Yox.
 
- Bu mövsüm “Qarabağ”ın Avropa Liqasında qrupdan çıxacağına ümidlər böyükdür. Siz necə fikirləşirsiniz?
 
- İnşallah, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Əlbəttə ki, bizim qarşımızdakı planımız, məqsədimiz də qrupdan çıxmaq, növbəti mərhələyə adlamaqdır.
 
Naibə Məmmədova

Загрузка...
Загрузка...