"Qarabağ"dan iki cavabsız qol - VİDEO

Baxış sayı: 
38
1  
0  

 

Futbol üzrə Azərbaycan Premyer Liqasının 6-ci turana start verilib.
 
Publika.az xəbər verir ki, həftənin açılış oyununda "Qarabağ" "Sumqayıt"ı qəbul edib.
 
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçın ilk yarısı meydan sahiblərinin minimal üstünlüyü ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində 45-ci dəqiqədə Dani Kintana fərqlənib. Qarşılaşmada son nöqtəni 90-cı dəqiqədə Mahir Emreli vurub - 2:0.
 
Beləliklə, ardıcıl 6-cı qələbəsini qazanan "Qarabağ" xalını 18-ə çatdırıb və 100 faizlik nəticə ilə liderliyini bir qədər də möhkəmləndirib. "Sumqayıt" isə 6 xalla 5-ci yerdədir.
 
"Qarabağ" - "Sumqayıt" oyununun videoicmalı təqdim edirik.

Загрузка...
Загрузка...