"Qarabağ" vətənə qələbə ilə qayıdır - YENİLƏNDİ

Baxış sayı: 
38
1  
0  

Əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə APOEL hesab arasındakı fərqi azaltdı: 1-2. Matç bu hesabla başa çatır və "Qarabağ" evdəki oyun öncəsi böyük üstünlük əldə edir.
 
***
 
22:30
 
"Qarabağ" Maqaye Qeye ilə 70-ci dəqiqədə ikinci topu rəqibin qapısından keçirdi: 0-2
 
***
 
22:10
 
"Qarabağ" matçda hesabı açdı. 54-cü dəqiqədə Mahir Emreli fərqləndi: 0-1.
 
***
 
21:00
 
APOEL - "Qarabağ" matçı başladı.
 
***
 
20:15
 
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində saat 21:00-da başlayacaq APOEL – “Qarabağ” oyunu üçün heyətlər açıqlanıb.
 
Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:
 
APOEL: 27. Vid Belets, 6. Savvas Gentoğlu, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 29. Praksitelis Vuros, 30. Giorgos Merkis, 44. Nikolas Yannu, 70. Antonio Yakoliş, 91. Draqan Mixayloviç, 10. Tomas De Vinsenti (k), 11. Musa Süleyman
 
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 8. Lukas Souza, 9. Linus Hallenius, 13. Kevin Lyafrans, 71. Andre Vidiqal, 89. Roman Bezyak, 95. Alef.
 
"Qarabağ": Vaqner da Silva, Maksim Medvedev, Rahil Məmmədov, Rəşad Sadıqov (k), Ailton Silva, Simeon Slavçev, Riçard Almeyda, Miçel, Xayme Romero, Abdullah Zubir, Mahir Emreli
 
Ehtiyat oyunçular: Şahruddin Məhəmmədəliyev, Rerrars Faysal, Qara Qarayev, Araz Abdullayev, Dani Kintana, Abbas Hüseynov, Maqaye Qeye
 
***
 
08:45
 
Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə start veriləcək.
 
Publika.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” da növbəti matçına çıxacaq. Qurban Qurbanovun komandası Kiprdə APOEL-lə qarşılaşacaq.
 
Qeyd edək ki, Ağdam klubu Kipr təmsilçisini mübarizədən kənarlaşdırsa, pley-off mərhələsində PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.
 
6 avqust
 
Çempionlar Liqası
 
3-cü təsnifat mərhələsi
 
21:00. APEOL (Kipr) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: David Massa, Fabiano Preti, Alberto Teqoni, Rosario Abisso (hamısı İtaliya).
Nikosiya. GSP stadionu.

Загрузка...
Загрузка...