“Qarabağ probleminin hərbi yolla həlli taktikasından əl çəkmək olmaz”

Baxış sayı: 
161
2  
0  
Sərdar Cəlaloğlu: “Ermənistanda rəhbərliyin kimin olmasından
asılı olmayaraq, Rusiyanın bu ölkəyə dəstəyi davam edəcək”
 
Ermənistan və Rusiya arasında müşahidə edilən ziddiyyət və gərginlik
Kremlin Qarabağ münaqişəsinə mövqeyinin ölkəmizin xeyrinə dəyişə
biləcəyi ilə bağlı ehtimalları aktuallaşdırmaqdadır. 
Rusiyanın Ermənistanla ziddiyyətlərdən dolayı Qarabağ
probleminin ədalətli həllinə maraq göstərməsi mümkündürmü? 
 
Moderator.az -a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu
bu ehtimalı heç bir halda inandırıcı hesab etmədiyini vurğuladı:
 
“Rusiya ilə Ermənistan arasında heç vaxt cidid fikir ayrılığı ola bilməz.
Hətta belə bir fikir ayrılığı mövcud olacağı təqdirdə belə Rusiya və
Ermənistanın Azərbaycana münasibəti dəyiməyəcək. Hesab edirəm ki,
özümüzü aldatmağa lüzum yoxdur. Ermənistan Rusiyanın strateji müttəfiqidir.
Ermənistan dövlətini Rusiya Azərbaycan torpaqları hesabına yaradıb.
Rusiya bu bölgədə öz maraqlarını müdafiə edir və buna görə də
Ermənistanı dəstəkləyir. Ermənistanda rəhbərliyin kimin olmasından
asılı olmayaraq, bu dəstək davam edəcək. Əgər rəhbərlik çox şıltaqlıq
etsə, ən yaxşı halda Dəmirçiyanın başına gətirdiyi oyunu həmin şəxsin
başına gətirəcək. Yəni onları fiziki yolla aradan qaldıracaq və özünə
uyğun olan şəxsi rəhbər gətirəcək. Ermənistan və Rusiya arasındakı
ziddiyyətlərə ümidlə baxıb Qarabağı hərbi yolla azad etmək
taktikasından əl çəkmək olmaz. Biz özümüzə strateji
müttəfiq seçib bu problemi həll etməliyik”.
 
Загрузка...
Загрузка...