Qarabağ münaqişəsi yenidən qızışsa...polkovnik Ramaldanov

Baxış sayı: 
151
1  
0  

Müharibə vəziyyətində olan Azərbaycan və Ermənistan son illər aktiv şəkildə müxtəlif artilleriya qurğuları və raket sistemləri alırlar. Müasir müharibələrin vazkeçilməz ünsürünə çevrilmiş artilleriya və raket sistemləri həm effektivliyi, həm də itki vermədən qarşı tərəfin strateji nöqtələrini, hərbi texnikalarını və canlı qüvvələrini məhv etmək özəlliyi ilə seçilir.

Qarabağda müharibə yenidən alovlanarsa, hansı qoşun növləri əsas söz sahibinə çevriləcək? Bu baxımdan raket və artilleriya qoşunlarının müharibənin gedişini müəyyənləşdirəcək əsas vasitə olacağı ön plana çıxır. Bəs görəsən Azərbaycanın, yoxsa Ermənistanın raket silahları daha güclüdür?

 

Mövzu ilə bağlı Sonxeber.az-ın suallarını cavablandıran hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib ki, müharibə artilleriya qurğuları daxil olmaqla, müxtəlif növ silahların kompleks şəkildə istifadəsini nəzərdə tutur və həmin silahları ayrılıqda nəzərdən keçirmək düzgün olmazdı.

Artilleriyanın "müharibənin Allahı" sayıldığını vurğulayan ekspert bildirib ki, müharibədə artilleriya qurğuları və raket silahlarının imkanları çox böyük önəm kəsb edir.

O diqqətə çatdırıb ki, Ermənistanın yeni silahlar alması barədə xəbərlər doğru deyil: "Prinsip etibarı ilə Rusiya onlara 30-40 il əvvəl istehsal olunmuş silahlar verir. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun silah parkının dəyişdiriləcəyinə dair açıqlamasından sonra Ermənistana 200 milyon dollarlıq kredit sazişi çərçivəsində silahların verilməsi xəbəri yayıldı. Analitiklər silah parkının yenilənməsinin ardından Rusiyanın köhnə silahlarının Ermənistana göndəriləcəyinə dair rəylər bildiriblər".

Ş. Ramaldanov bildirib ki, Ermənistan mətbuatının yazdığına görə ölkə silahlanma qrafikini 70 faiz yerinə yetirə bilir və bu göstəricini yüksəltmək qabiliyyətində deyillər: " Bu qrafiki yerinə yetirmək üçün hətta xaricdəki diaspora komitələrindən pul istəyirlər".

Onun sözlərinə görə, Azərbaycan 10 il bundan əvvəl və daha yaxın illərdə istehsal olunmuş silahlarla silahlanıb: "Azərbaycan hansı artilleriya qurğuları və raket sistemləri ilə silahlandığını Cümhuriyyətin yaranmasının 100-cü ildönmünə həsr olunmuş hərbi paradda bütün dünyaya nümayiş etdirib. Paradda silahların yalnız cüzi bir qismi götərilib. Ölkə rəhbərliyi dəfələrlə bəyan edib ki, Ermənistan silahların müasirliyi və gücünə görə heç vaxt Azərbaycana çata bilməyəcək".

Ş. Ramaldanov vurğulayıb ki, Ermənistan öyündüyü silahları nə təlimlərdə, nə paradlarda, nə də video-materiallarda göstərməyib: "Hanı o, reaktiv yaylım atəşi sistemləri?. Onların müasirliyinin hansı səviyyədə olmasını niyə göstərmirlər? Bunlar hansı ildə istehsal olunublar?".Yayılım atəşli raket sistemləri artıq 70 ildir istehsal olunur. Onların yeni və təzə növləri var. Ermənistanın müstəqilliyinin 25 illiyi ilə əlqədar keçirdiyi paradda nümayiş etdirdiyi "İsgəndər" raket kompleksinin İrəvana, yoxsa Moskvaya məxsus olması barədə hələ də fikir ayrılığı var. Ermənistan rəhbərliyi yalan danışmağa o qədər vərdiş edib ki, hətta Rusiyadan aldıqları guya müasir silahların heç bu ölkənin silahlanmasında olmadığını bəyan edir".

Ekspert əlavə edib ki, Ermənistan rəhbərliyi öz gələcəyini faciədən xilas etmək istəyirsə, onun bir yolu var: "O da işğalçılıq niyyətindən əl çəkməlidir".

Загрузка...
Загрузка...